İslam Əməkdaşlıq Təşkilatı Qəzza ilə bağlı iclas keçirib

İsrailin Qəzzada axıtdığı qanın dayandırılması üçün diplomatik səylər davam etdirilir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısında Türkiyənin təklifi ilə Qəzzadakı böhranın həlli üçün beynəlxalq sülh konfransı ilə əlaqədar çağırış edilib.
Çağırışda fələstinli mülki şəxslərin müdafiəsi ilə əlaqədar mexanizmin yaradılmasının vacibliyi vurğulanıb və İsrailin BMT başda olmaqla beynəlxalq təşkilatlara üzvlüyünün dayandırılması tələb edilib.

Çağırışda həmçinin Fələstinin BMT-yə tamhüquqlu üzv olması və Fələstini tanımayan ölkələrdən Fələstini tanıması tələb edilib.
Oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayı 31 minə, yaralıların sayı isə 73 minə çatıb.