Hüseyn Abdullayevin həbsinin başa çatmasına 47 gün qalmış barəsində yeni cinayət işi başlanıb

Sabiq deputat Hüseyn Abdullayev barəsində yeni cinayət işi başlanılıb.

Hüseyn Abdullayev CM-in 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunur.

Hazırda Baş Prokurorluq tərəfindən bu işin istintaqı aparılır.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalıb.

 

APA