21 May 2023

Ukraynaya kifayət qədər yardımı edən Qərb tələsir, çox tələsir... Çünki 2024-ə elə də çox vaxt qalmayıb...

Ukraynanın müqavimət simvollarından daha biri – Baxmut da artıq dünəndən rusların nəzarətinə keçib. Ancaq 2 aydan çoxdur, Ukraynanın əks-hücumuna saatların qaldığı təbliğatını aparan Azərbaycandakı məlum şəbəkə hələ də iddia edir ki, Baxmut işğal olunmayıb, Zelenskiyə səhv məlumat veriblər.

Sionistlər Ben Qvirlə yenidən Məscidül-Əqsaya hücum ediblər

Bir qrup sionist mühacirlər sionist rejimin radikal naziri İtamər Ben Qvirin müşayiəti ilə növbəti dəfə Məscidül-Əqsaya hücum ediblər. Məscidül-Əqsaya hücum edən Ben Qvir deyib: “Həmas təhdidlərinin bizə heç bir təsiri yoxdur və biz Qüdsün sahibiyik”. Bu aksiya sionist rejim polisinin təhlükəsizlik tədbirləri altında həyata keçirilib.

Papa Ukraynada sülh üçün missiyaya rəhbər təyin etdi

Roma Papası Fransisk İtaliya Yepiskopları Konfransının rəhbəri, kardinal Matteo Zuppiyə Ukraynada sülh missiyasına rəhbərlik etməyi tapşırıb.

Operativtv.com Unikal-a istinadən məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

“Hazırda bu missiyanın vaxtı və onun şərtləri öyrənilir”, - deyə M.Bruni qeyd edib.

Georgian Airways Gürcüstan prezidentini təyyarəyə buraxmayacaq

Gürcüstanın milli aviadaşıyıcısı "Georgian Airways" Gürcüstan prezidenti Salome Zurabişvili şirkəti boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu təyyarələrinə buraxmayacaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə bazar günü Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvilinin yaydığı bəyanatda deyilir.

Azərbaycan idmançısından növbəti zəfər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 18-21 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda iştirak edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, təmsilçimiz 3 döyüş keçirdərək “Özgül Sebahattin, Gofurov Qahramon və Finalda Türkiyə İdmançısı Sırma Ecvet üzərində qələbə qazanaraq çempion olub.

İraqın "Həşdu-Əşairi" xalq asayiş qüvvələrinin azı iki üzvü İŞİD tərəfindən öldürülüb

İraqın "Həşdu-Əşairi" xalq asayiş qüvvələrinin azı iki üzvü İŞİD terrorçularının döyüş əməliyyatı nəticəsində həlak olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü Shafaq News portalı təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

İraq Türkiyənin su siyasətini tənqid edir

İraq parlamentinin Kənd Təsərrüfatı və Su İşləri Komitəsinin üzvü Türkiyənin ölkəsinə qarşı su siyasətini tənqid edib.

İraq Parlamentinin Kənd Təsərrüfatı Komissiyasının üzvü Hadi Əl-Salami Türkiyənin ölkəsinə qarşı su siyasətini tənqid edərək "Türkiyə su məsələsini Osmanlının rəftarı ilə idarə edir və İraqa zorba kimi yanaşır. Ölkədə su məsələsi və bunun nəticəsində yaranan böhranlar bizi tarixi addımlar atmaq məsuliyyəti ilə üz-üzə qoyur. İraq tərəfində danışıqlar davam edir" vurğulayıb.

Livan ordusu “Əl-Qaidə” liderini həbs edib

Livan ordusu paytaxt Tripolinin şimal-şərqində yerləşən Deir Ammar şəhərində “Əl-Qaidə” terror təşkilatının liderini həbs edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Livan ordusu “Əl-Qaidə”nin ən görkəmli liderlərindən biri və onun Livandakı hücrələrinin qurucusu olan “TM” adı ilə tanınan terrorçunu ələ keçirib.

“Mançester Siti” ardıcıl 3-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olub

“Mançester Siti” futbol klubu İngiltərə çempionatının bitməsinə bir tur qalmış çempionluq titulunu qazanıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu, onun ən yaxın izləyicisi olan “Arsenal”ın İngiltərə Premyer Liqasının 37-ci turunun səfər matçında “Nottinqem”ə məğlub olmasından (0:1) sonra məlum olub

"Mançester Siti" "Arsenal"ı 4 xal qabaqlamaqda davam edir.

Təl-Əvivin mərkəzində məhkəmə islahatlarına qarşı mitinq keçirilib

Mayın 20-də İsrailin ikinci böyük şəhəri olan Təl-Əvivin mərkəzində genişmiqyaslı mitinq keçirilib.

Operativtv.com APA-ya istinadən verdiyi məlumata görə, yerli sakinlər məhkəmə islahatlarına belə etiraz edirlər.

Etiraz təşkilatçıları bildiriblər ki, mitinqdə 135 min insan iştirak edib. Aksiyalar təkcə Təl-Əvivdə deyil, digər iri şəhərlərdə də keçirilib.