21 January 2023

Ruhani İmran Ələsgərov saxlanılıb

Yanvarın 21-i səhər saatlarından ruhani İmran Ələsgərovun Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik orqanları tərəfindən saxlanılması barədə xəbərlər yayılıb. Giperssilka informasiya agentliyi Şeyx İmran Ələsgərovun yaxınlarına istinadən xəbər verir ki, ruhani və onun yanındakı 3 şəxs müvafiq orqanın əməkdaşları tərəfindən sübh tezdən saxlanılaraq naməlum istiqamətə aparılıb. Ruhani İmran Ələsgərovun ailəsi ondan hər hansı bir xəbər almayıb və ailəsi məsələ ilə bağlı narahatdırlar.

Beynəlxalq Ədalət Məhkəməsi İsrailin işağlı ilə bağlı rəmsi şikayətin daxil olduğunu bildirib

Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının İsrailin işğal edilmiş ərazilərdəki addımları ilə bağlı tələbini ehtiva edən şikayətin daxil olduğunu bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsi bəyanat verib.

Gün ərzində saxlanılan MBH üzvlərinin sayı 10-u keçdi, narahatlıq nədən qaynaqlanır?

İllərdir şəhidlərin ziyarətində səsləndirilən şüarlar bu il “qanunsuz”, “dini şüar”, “cəmiyyətin narahatlığı” kimi ittihamlarla üzləşməsi əslində bütün məsələnin arxasında fərqli düçüncələrin gizləndiyini aydın göstərir. Əvvəlcə bunun “qanunsuzluğuna” aydınlıq gətirək ki, sosial mediada yer alan bütün yürüşün videolentində bir cümlə olsun qanunla qadağa olacaq söz səslənmir. Belə olan halda qanunsuz nədir? Bəlkə cəmiyyətin narahatlığı? Cəmiyyət “Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız” kəlməsinə narahat olur bəlkə?

AXCP fəalı həbs edilib

Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Anar Hüseynov (Anar Ərkivan) saxlanılıb və Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP-nin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Anar Hüseynov AXCP üzvləri ilə birgə 20 Yanvar şəhidlərini ziyarət etdikdən sonra Nazirlər Kabinetinin binası qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Dünən 75 min fələstinli Məscidül-Əqsada cümə namazında iştirak edib

Sionist rejimin qadağalarına baxmayaraq, minlərlə fələstinli cümə namazını qılıb.

Fələstin mənbələri bu həftə Məscidül-Əqsada minlərlə insanın iştirakı ilə cümə namazının möhtəşəm şəkildə qılındığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinaadən xəbər verir ki, bu mənbələr sionist rejim ordusunun Məscidül-Əqsa qapılarında tətbiq etdiyi geniş məhdudiyyətlərə baxmayaraq, 75 min fələstinlinin cümə namazında iştirak etdiyini bildirib.

Ayətullah Ramazani “Alulbeyt Gürcüstan”ın rəhbərilə görüşüb

Operatitv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani Gürcüstana səfəri zamanı “Alulbeyt Gürcüstan”ın Tbilisi ofisində qurumun rəhbəri Hacı Faiq Nəbiyevlə görüşüb.

Görüş zamanı Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, “Alulbeyt”in fəaliyyəti, ümumi durum və digər mövzularda müzakirə aparılıb.

Türkiyə və İran arasında ticarət mübadiləsi 11 milyard dolları ötüb

 İranın Türkiyə ilə ticarət mübadiləsinin dəyəri ötən ilin 21 martından həmin ilin dekabr ayının sonunadək 11 milyard dollar olub. Bu, 15 milyon tonu keçən qeyri-neft əmtəələrinə aiddir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Metal Sənayesi və Ticarət Palatasının Xarici Ticarət Komitəsinin üzvü Ruhullah Litfi deyib.

İranın Azərbaycandakı səfiri Avropa Parlamentinin Sepah-la bağlı qərarına münasibət bildirib

 “Əgər İran İslam İnqilabı Keşikçilər Ordusu olmasaydı avropalılar 2023-cü ilin yanvarında öz küçələrində cəsədləri toplayardılar.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi tvitter səhifəsində yazıb.

Quranı yandırmaqla bağlı sərt reaksiya

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İsveçdə İslam düşmənçiliyi ilə tanınan ifrat sağçı siyasətçi Rasmus Paludan Türkiyə səfirliyi qarşısında Quranı yandırmağa icazə verildikdən sonra Türkiyə Xarici İşlər Nazirliyi hərəkətə keçib. İsveçin Ankaradakı səfiri Staffan Herrström nazirliyə çağırılıb və çirkin hərəkətə icazə verilməsi ən sərt şəkildə qınanıb.

Qüds və Məscidül-Əqsada baş verənlər odla oynamaqdır - HƏMAS

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejimin davam edən hücumlarına reaksiya verərək, bu hücumların davam etdirilməsinin odla oynamaq olduğunu vurğulayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının Həmas sözçüsü Hazim Qasim sionistlərin Qüds və Məscidül-Əqsaya hücumlarına münasibət bildirib:

Azərbaycan nefti 90 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,33 % artaraq 89,91 ABŞ dolları təşkil edib.

Bu barədə “Az.shafaqna.com”a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,63 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Suriyanın cənubunda İŞİD-in üç komandiri zərərsizləşdirilib

 Suriyanın Dəra əyalətində İŞİD komandirlərinin yeri müəyyənləşdirilib və əməliyyat nəticəsində terror təşkilatının üç təhlükəli üzvü zərərsizləşdirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, hökumət qüvvələrinin İŞİD-ə qarşı əməliyyatı Dəra əyalətinin əl-Muzayrib qəsəbəsində həyata keçirilib.

“20 Yanvar” yürüşündən sonra 5 MBH üzvü saxlanılıb

Müsəlman Birliyi Hərəkatının 5 üzvü dünən axşamdan polis idarəsindədir. Bu dəqiqəyə qədər onlardan heç bir xəbər yoxdur. Məlumatı hərəkat üzvləri verib. Belə ki, dünən bir qrup MBH üzvü xalqımızın qan yaddaşı olan “20 Yanvar” şəhidlərinin anım tədbiri olan Şəhidlər Xiyabanında yürüşdə iştirakından sonra Rasif Çıraqov, Etibar İsmayılov, İmran Məmmədli, Elçibəy Həsənli, Alik Aslanov polis idarələrinə çağırılıb. Bəzilərini hətta polis hətt öz evlərindən saxlayaraq müvafiq ərazi polis bömələrinə aparıb.