Bu gün İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

Hicri-qəməri təqvimi ilə zilhiccə ayının 7-si beşinci imam Həzrət Məhəmməd Baqirin (ə) şəhadət günüdür.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İmam Məhəmməd Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinədə dünyaya göz açıb. Babasına çox bənzədiyi üçün onun adını "Məhəmməd" qoyublar. Elmin sirlərini aşkar etdiyinə görə isə ona "Baqir" ləqəbini veriblər.

İmam Məhəmməd Baqirin (ə) imamlıq dövrü atası İmam Səccadın (ə) şəhadətə yetişməsindən sonra təqribən 20 il davam edib.

İmam 114-cü hicri-qəməri ilində zilhiccə ayının 7-də Xəlifə Hişamın əmri ilə zəhərlənərək şəhid edilib.

İmam Mədinədə Bəqi qəbiristanlığında, digər 3 imamın yanında dəfn edilib.