Ayətullah Sistani: Əfqan xalqına yardım etmək müsəlmanların vəzifəsidir

Həzrət Ayətullah Sistani Əfqanıstanın Şiə Alimləri Şurasının nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Ayətullah Sistani Əfqanıstan xalqının, xüsusilə də əfqan qadınların başına gətirilən müxtəlif zülmlər və onlara olan təzyiqlərə toxunaraq qeyd edib ki, belə bir çətin və təhlükəli zamanda Əfqanıstan xalqını tək qoymamaq və onlara hərtərəfli yardım etmək bütün müsəlmanların və beynəlxalq təşkilatların vəzifəsidir.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Həzrət Ayətullah Sistani bazar günü 1444-cü Hicri ilinin Cəmadius-sani ayının 7-si Əfqanıstan Şiə Alimləri Şurasının heyəti ilə görüş keçirib.

Görüş zamanı heyətin rəhbəri ölkədəki (Əfqanıstandakı – red.) cari vəziyyət və Şuranın fəaliyyəti barədə məlumat verib.

Ayətullah Sistani həzrətləri son bir neçə onillikdə şərəfli Əfqanıstan xalqının yaşadığı əziyyətlər və sınaqlarla bağlı öz dərin təəssüf hissini ifadə edib və bununla bağlı olduqca təsirləndiyini bildirib və hazırkı dövrdə bu ölkədə hər kəsin, məxsusən də qadınların məruz qaldığı müxtəlif vəhşiliklərə işarə edərək vurğulayıb ki, ümumilikdə bütün müsəlmanlar və beynəlxalq ictimaiyyət məzlum Əfqanıstan xalqını belə bir çətin şəraitdə tək qoymamalıdır və onun çətinliklərini azaltmaq üçün heç bir tərəddüd etmədən ona kömək etməlidirlər.

O həzrət milli birlik və həmrəyliyin və daxili birliyin qorunub saxlanılmasının və (ölkədəki) bütün etnoslar və qruplarla sülhə riayət olunmasının əhəmiyyətini qeyd edib və hazırkı hakimiyyətlə münasibətdə istənilən sərt rəftardan çəkinməyi və Şuraya Əfqanıstanın böyük xalqının hüquqlarına riaəyət edilməsi istiqamətində heç bir səyin əsirgənilməməsini tapşırıb və məsləhət görüb.

1444-cü il 10 Cəmadius-sani
Cənab Sistaninin dəftəri, Nəcəfi-Əşrəf.