Aprelin 9-dan yoxa çıxan inanclının həbs xəbəri gəldi

Niyaməddin Hüseynov haqqında ailəsi günlərdir müraciət etmədiyi dövlət orqanı qalmayıb. İnanclının aprelin 9-dan harada olnası bəlli deyil. Səhər evdən çıxıb işi arxasınca gedən Niyaməddinin inanclıların ümumi həbs çərçivəsində gerçəkləşən reperesiyalar səbəbindən saxlanılması ehtimal olunurdu. Bu ehtimalı aprelin 25-də polisdən zəng təsdiqləyib. Məlumata görə Niyaməddin Hüseynov da narkotik ittihamı ilə saxlanılıb və hal-hazırda Şüvəlan istintaq təcridxanasındadır.

Yaxınlarının dediyinə görə, Niyaməddin Bakıda kirayədə yaşayırmış. Aprelin 9-da Nefçilərdə İmam Zaman məscidindən şam namazından çıxanda iki nəfər onun qoluna girib və Niyaməddini 24-cü polis bölməsinə aparıb. Ailə üzvlərinin söylədiyinə görə rəis deyib ki, bizim əməliyyatçılar səni 10 gün izlədilər heç bir şübhəli əmələ rast gəlməyiblər, molla deyilsən, ruhani deyilsən, amma bizlik deyil. Bizə göstəriş veriblər ki səni ataq içəri. İki variantın var: ya "İran casusu, vətənə xəyanət", ya da "narkotik". Beləcə inanclı gənc güya tanımadığın İran vətəndaşından satmaq niyyəti ilə aldığı narkotik ittihamı ilə  (234. 4.3-cü maddə)  məhkəmə önünə çıxarılıb və barəsində həbsqəti imkan tədbiri seçilib.

Təbii ki, ailəsi bu həbsi hiddətlə qınayır və günahsız həbslərə öz etirazını bildirilər. Bununla yanaşı onlar ədalətin bərqərar olması, məsələnin hüquq müstəvisində həlli üçün çalışırlar.