ABŞ-da daha bir nəhəng bank bankrot olub

ABŞ-ın ən böyük banklarından biri olan "First Republic"-in bazar dəyəri 2021-ci ilin noyabrında 40 milyard dollar olduğu halda indi 557 milyon dollara düşüb. 

Toplum TV-nin məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb. 

Agentliyinin xəbərinə görə, bankın səhmləri demək olar ki, 50% ucuzlaşıb. Təxminən 100 milyard dollar məbləğində əmanətlər bankdan çıxarılıb. Buna qarşı tənzimləyicilər təcili olaraq "First Republic Bank" üçün yeni sahib tapmağa çalışırlar.

Materiala görə, ABŞ tənzimləyiciləri "JPMorgan Chase Bank"-ı özündə cəmləşdirən "First Republic Bank"-ın satışı üzrə təcili sövdələşmə aparmağa çalışırlar.

"Citizens Financial Group", "PNC Financial Services Group" və "JPMorgan Chase" daxil olmaqla, təxminən altı bank tender üçün müraciət edib.

Qeyd olunur ki, kreditorlar "First Republic Bank"-ının bütün əmanətləri, onun aktivlərinin əhəmiyyətli hissəsi və öhdəliklərinin bir hissəsi üzrə təklif verəcəklər.

"First Republic Bank" ABŞ-ın iyirmi ən böyük bankından biri sayılırdı. Aprelin 13-nə olan məlumata görə, San-Fransiskoda yerləşən bankın ümumi aktivləri 229 milyard dollar, əmanətləri isə 104 milyard dollar olub.

Bundan əvvəl ABŞ-da “Signature” və "Silicon Valley" bankları da iflasa uğramışdı. "Silicon Valley" aktivlərinin həcminə görə Amerikanın 16-cı bankı idi.