Abbas Hüseyn barəsində növbəti məhkəmə qərarı: 1 il Qobustan Qapalı Həbsxana

Ötən gün Abbas Hüseynin 1 saylı müəsisədə vertual məhkəmə iclası baş tutub. Aprelin 12-də Pentesiar Xidmətin Müalicə Mərkəzindən bu müəsisəyə köçürülən Abbas burada 5 gün karserdən sonra 14 günlük karantinə alınmışdı. Aprelin 17-də, karser cəzası bitdikdən həmən sonra müəsisədaxili  Nizami Rayon Məhkəməsi video konfrans formatında Abbas Hüseynin məhkəməsini keçirib. Məhkəmə Abbasın iltizam qaydalarının tez-tez pozulması səbəbi ilə onu qapalı, ciddi rejimli müəsisəyə köçürülmə ilə bağlı gerçəkləşib. Lakin Abbas məhkəmədə öz vəkilini tələb etməsi səbəbindən iclas ertələnib.

 Dünən, aprelin 27-də məhkəmə növbəti dəfə vəkilin iştirakı olmadan baş tutub və Abbas Hüseynə eyni iddiaya əsasən 1 illik Qobustan Qapalı həbsxanaya köçürülməsi barəsində qərar qəbul edilib. Qərarın icraasına qədər Abbas Hüseynin Kürdəxana Müvəqqəti Saxlama Təcridxanasına göndəriləcəyi bildirilir.

Abbas Hüseynin vəkili Fəxrəddin Mehdiyev qərarla razılaşmadığını bildirərək bununla bağlı apelliyasıya şikayəti ediləcəyini söyləyib.