Dünya insanlığa çağrışda bulunduğu və bütün insanlığın arzu və muştağında olduğu məfhum: Ədalət. Onun tanıtımı, izahı və əhatə etdiyi məna hər bir ağıl sahibinə bəllidir. Necə ki, öz əksi ilə tanınan zülm kimi. Zülm ədaləti tam çılpaqlığı ilə göstərəcək əks qütbdür. Əlbəttə, zülm də ədalət kimi zərrələrdən damlalara, damlalardan dəryalara öz çərçivəsini genişlədəcək qədər dairəsi böyüyə bilir. Ədalətdən fərqli olaraq həmişə zülmə qoyulacaq bir həqiqət nöqtəsi onun sonunu gətirəcək reallıqdır. Bu nöqtə haqqın batil üzərində qələbəsi, ədalətin zəfər nöqtəsidir. Ona görə də zülm nə qədər genişlənərsə bir gün mütləq məhvi qaçılmaz olduğu kimi, ədalətin sonsuz varlığı da bütün haqsızlığın sonunu gətirəcək ümumbəşəri zəfəri mütləqdir.
Zülm hər bir halı ilə zülmdür, yəni birinin onun haqqı olan maddi və ya mənəvi dəyərini ondan almaqla onu sıxıntı ilə baş-başa qoymaq kimi. Necə ki, 70 ildən artıqdır ki, müsəlmanlara məxsus Qüds mənfur İsrail tərəfindən fələstinlilərin əlindən almağa çalışır. Fələstinlilərə məxsus şəhər və qəsəbələr ələ keçirilir və zorakılıqla onlara məxsus evləri başlarına uçurulur. Bu zülm öz qurbanına yaşatdıqları acının dairəsi zülmün şiddətini qiymətləndirir. Lakin haqqın cilvəsində hətta bir qarışqanın ağızındakı arpa dənəsinin üzərindəki çəkisiz örtüyü belə qarışqadan almaq zülmdürsə, minlərlə fələstinlinin bütün dünyanın gözü önündə amansız davranışlara məruz qalması ona haqqlı don geydirməyə çalışanların bütün cəhdlərini məhv edən qəddarlıqdan başqa bir şey deyil.
Bunun fərqli tərəfi olaraq əqidəsi şiə olma səbəbindən atasının həbsə salınaraq nəvazişdən, maddi dünyasına ehtiyaclardan məhrum olan Azərbaycan körpəsinin də yaşadığı zülmdür. Övladını yalançı ittihamlar altında şərlənərək məhbəslərdə görməyə məcbur olan yanan ürəkli ananın da yaşadığı zülmdür. Günahı Əhli-beyt (ə) sevgisini batil bütlərdən üstün tutaraq ona sonsuz sevgisi səbəbindən saxlanılan, işgəncə görən və sonunda ağır ittihamlarla qara zindanlara məhkum olan insanlığın da yaşadığı zülmdür. Zülm xalqın sərvətini talamaqla insanları səfalət halına qoyan məmurun insanlığa üz qarası olaraq torpar üzərində yeriməsi, hava udması belə zülmdür.
Eyni ünvandan, eyni qara qəlblərin məhsulu olan bu kimi əməllərin ortaq nöqtəsi birdir: Zülm! Birmənalıdır ki, bu zülmün müqabili ədalətdir. Quranın vəd verdiyi və dünyanın insanlığa hakim edəcəyi ilahi bir düzən. Mütləq gerçəkləşəcək bir vəd. Bu gün “Ümumdünya Qüds Günü” zülmə etiraz günüdür. Tezliklə ədalətin gerçəkləşəcəyi o günün ümidi ilə bütün zülm və tərəfdarlarını məhkum edirik!
Müsəlman Birliyi Hərəkatı
Zülmə “YOX”