“Zirə” “Kəpəz”lə bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçı Zirədə keçirilib. Burada “Zirə” ilə “Kəpəz” komandaları üz-üzə gəliblər. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Bu turun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” matçları sabah, “Neftçi” – “Şamaxı” görüşü isə bazar günü oynanılacaq. Tura mayın 17-də keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq