Suriya: Qəzza müharibəsi göstərdi ki, Qərbin insan haqları iddiaları yalandır

Suriyanın xarici işlər naziri Qərb və Amerikanın insan haqlarından ölkələrin işlərinə müdaxilə vasitəsi kimi istifadə etdiyini bildirib: “sraillilərin Fələstin xalqına qarşı törətdikləri cinayət və qətllərə qeyri-məhdud və hərtərəfli dəstək açıq-aşkar sübutdur ki, Qərbin və ABŞ-ın insan haqları iddiaları yalandır”.

Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad dünən Cenevrədə videokonfrans vasitəsilə iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının iclasında Qərbin insan haqları sahəsində ikili standartlarını tənqid edib və Qərbin ölkələrin daxili işlərinə qarışmaq cəhdlərini rədd edib.

“İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı apardığı soyqırım müharibəsi, aparteid sistemi və orta əsrlərdən qalma işğalçı İsrail rejiminin irqçi mahiyyətinin bariz sübutudur. İşğalçı rejim ordusu çoxu qadın və uşaq olan təxminən 30 min fələstinlinin qətlindən, xəstəxanalar və məktəblər də daxil olmaqla, tibb qruplarının və bütün mülki infrastrukturun qəsdən hədəfə alınmasından qürur duyur.

İsrailin bütün bu cinayətləri insan haqları müdafiəçilərinin, xüsusən də Qərbin və Amerikanın qeyri-məhdud siyasi, hərbi və iqtisadi dəstəyi ilə həyata keçirilir. İşğalçı rejimin iyrənc və qeyri-insani cinayətləri bu rejimin siyasi və hərbi rəhbərlərinin Fələstindəki xalqımıza qarşı nifrətlə müşayiət olunur. İş o yerə çatıb ki, işğalçılar Fələstin xalqını ən iyrənc sifətlərlə xarakterizə edir, bu xalqı insanlıqdan məhrum etməyə çalışır və bu yolla onlara qarşı çirkin soyqırım siyasətini qanuniləşdirməyə çalışırlar”.

Suriya rəsmisi, bu ölkənin işğal olunmuş Qolanı geri almaq hüququna malik olduğunu vurğulayaraq, İsrailin işğalını davam etdirmək, o cümlədən Qolanda yaşayış məskənləri yaratmaq cəhdlərini rədd edərək deyib: “İşğalçıların bu hərəkətləri BMT-nin bütün müvafiq qətnamələrini pozur. Bu açıq-aşkar pozuntudur. Dəməşq bu ölkələrin daxili işlərinə qarışacaq, İnsan Hüquqları Şurasının etimadını sarsıdacaq və insan hüquqları sahəsində beynəlxalq sistemi sarsıdacaq siyasiləşdirilmiş qərarlar və mexanizmlər tətbiq etmək cəhdlərini bir daha rədd edir. Qərb dövlətləri hər zaman insan haqlarını dəstəkləmək bəhanəsi ilə siyasi proqramlar həyata keçirməyə, geosiyasi ambisiyalarına nail olmağa çalışırlar.

İşğal rejiminin birbaşa Suriyaya hücumu Qərbin insan haqları ilə bağlı yalanlarının bariz nümunəsidir. Bundan əlavə, terror təşkilatlarına və separatçı silahlı qruplara dəstək vermək, Suriyanın təbii sərvətlərini talamaq və Suriya xalqının haqları ilə birbaşa müharibəyə bərabər olan birtərəfli sanksiyaların tətbiqi Qərbin insan haqları ilə bağlı iddialarının yalan olduğunu sübut edən digər məsələlərdir”.