"Səbail" "Sabah"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun daha bir oyunu keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, günün ikinci matçında "Səbail" "Sabah"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarının sayını 34-ə çatdıran "Səbail" 4-cü pilləyə yüksəlib. "Sabah" isə 31 xalla 7-ci sıradadır.