Rusiyanın bəzi məktəblərində hicab qadağan edilir

Rusiyanın bəzi məktəblərində hicab qadağan edilir.

Rusiyanın Vladimir vilayətinin məktəbləri ibtidai və orta məktəb şagirdləri üçün geyim qaydalarına düzəlişlər ediblər.

Yeni qəbul olunan qaydalara görə təhsil alan şagirdlərə üzlərini və başlarını örtmək qadağan edilib.

Yeni geyim qaydası çərçivəsində şagirdlərə hicab kimi dini geyimlər geyinməyə icazə verilmir.

Dəyişiklikdə təhsil müəssisələrində "şagirdin dini inancını göstərən geyim və elementlərin" olmasına icazə verilmir.

 

 

Unikal.az