"Ruhani Hacı Əli Əliyev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ruhani Hacı Əli Əliyevin növbəti məhkəməsi keçirilib.
Prosesdə ruhani Hacı Əli Əliyev özü də iştirak edib.
Vəkil F.Namazlı bildirib ki, prosesində ruhani Hacı Əli Əliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini və şahidlərin dindirilməsindən sonra öz ifadəsini verəcəyini qeyd edib.
Onun sözlərinə görə, bugünki prosesdə iki şahid dindirilib. "Şahidlərin hər ikisi Ruhani Hacı Əli Əliyevin xeyrinə ifadə verib. Ümumiyyətlə ruhani Hacı Əlinin əleyhinə ifadə verən şahidlər yoxdur."
Növbəti məhkəmə iclası dekabr ayının 7-si saat 16:00 təyin olunub.
Xatırladaq ki, ruhani Hacı Əli Əliyev bu il aprelin 6-da (Ramazan ayında) son zamanlar İranla Azərbaycan arasında gərginləşən münasibətlərin ardınca şərlənərək həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
 
Maide.az