Sosial platforma üzərindən yayılan bəyanatda deyilir:
"Biz, "Kanal11" internet televiziyası olaraq uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Baş redaktorumuz Teymur Kərimov Azərbaycanın ən çox abunə (1 milyondan çox) və baxışına sahib olan "Kanal13" ilə illərlə çalışıb, hal-hazırda isə haqsızlıqları sərt tənqidi ilə seçilən "Azad Söz" və "Time Tv" internet televiziyalarının Bakı bürosunun rəhbəri kimi fəaliyyət göstərirdi. Onun çəkdiyi video-reportajlar "Azadlıq radiosu", "Meydan Tv" kimi kanallarda da yayımlanıb.
T.Kərimov illər boyu qeydə aldığı video-reportajlardan dolayı təqiblərə, şantajlara məruz qalıb. Ona bəzən rüşvət təklif olunub, qəbul etmədiyi təqdirdə polis bölmələrinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və dəfələrlə fiziki zorakılığa məruz qalıb.
2019-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partıyasının sədri Əli Kərimlidən müsahibə aldığı üçün təqib olunub, yolda qarşısı kəsilərək mülki geyimli şəxslər tərəfindən fiziki zorakılığa məruz qalıb, avadanlıqlarına zərər vurulub, müsahibənin olduğu kart əlindən alınıb. Bundan sonra da dəfələrlə kamera, mobil telefon, mikrafon kimi çəkiliş üçün istifadə etdiyi avadanlıqlar sındırılıb və ya əlindən alınıb.
Şəxsi müxtəlif dövlət qurumları qarşısında peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa, təhqirlərə məruz qalıb.
Onun fəaliyyəti ilə bağlı təkcə özü deyil, əməkdaşlıq etdiyi reportyorlar və ailə üzvləri də sıxışdırılıb.
Bu dəfə Teymur Kərimov 11 dekabr günorta saatlarından etibarən "oğurlanıb". Onun haqqında 24 saatdan artıq müddət ərzində heç bir məlumat əldə etmək mümkün olmayıb. 12 dekabr günorta saatlarına qədər sorğulara cavab verməyən Daxili İşlər Nazirliyindən onun saxlanıldığı və cinayət məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə barəsində cinayət işi açıldığı yönündə açıqlama verildi. Həmin gün axşam saatlarında Nərimanov rayon məhkəməsində prosesi keçirilən Teymur Kərimov sözügedən maddənin müvafiq bəndinə uyğun olaraq ilkin istintaq dövrü üçün 4 ay azadlıqdan məhrum edildi. Onu 182-ci maddəyə görə yox, məhz jurnalist fəaliyyətinə görə 5 ildən 10 ilə qədər həbs gözləyir.
Teymur Kərimov son günlərdə Azərbaycanda həbs edilən 7-ci jurnalistdir. Ondan əvvəl "Abzas Media"nın direktoru və baş redaktoru da daxil olmaqla 4 əməkdaşı (Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Məhəmməd
Kekalov, Nərgiz Absalamova) və "Kanal13" internet televiziyasının Azərbaycan bürosunun direktoru da daxil olmaqla 2 əməkdaşı (Əziz Orucov, Rüfət Muradlı) həbs edilib. Ötən illər ərzində "Kanal11" ilə əməkdaşlıq etmiş və nifrət cinayətinə qurban gedən reportyor Əvəz Hafizli də dəfələrlə peşə fəaliyyəti ilə bağlı təzyiqlərə, zorakılığa məruz qalmışdı, LGBTQ+ fərdi olan Hafizli zorlanma ilə də təhdid edilmişdi.
Amma nə həbslər, nə təqiblər, nə hədə-qorxular bizi dayandırmayacaq."
Reportyor Teymur Kərimovun həbsi ilə bağlı “Kanal11” internet televiziyası bəyanat yayıb