"Qurani-Kərimi" yenidən cırdı

Hollandiyada irqçi Qərb hərəkatının İslamlaşmasına Qarşı Vətənpərvər Avropalıların lideri Edvin Vaqensveld paytaxt Amsterdamda təkbaşına etdiyi hərəkətdə daha bir Quranı cırıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. 

Belə ki, Edvin bu gün “Qrupu təhqir etmək” ittihamı ilə Hollandiya prokurorluğa çağırılıb.  O, ilkin açıqlamasında Quranı cırmağın pulsuz olduğunu bildirib.

Xatırladaq ki, Edvin Vaqensveld yanvarın 22-də Haaqadakı müvəqqəti Hollandiya parlamenti binasının qarşısında tək başına keçirdiyi nümayişdə "Qurani-Kərimi" cırmışdı.