Qara dənizdən Türkiyəyə qaz nəqli başlayıb

Türkiyədə Qara dənizin “Sakarya” yatağından çıxarılan təbii qaz quruya çatdırılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətinin Filyos rayonunda rəsmi məşəl alovlandırılma mərasimində iştirak edib.

Türkiyə lideri mərasimdə çıxışı zamanı “Sakarya” yatağından birinci mərhələdə gündə 10 milyon kubmetr qaz, gələcəkdə qazılacaq yeni quyularla isə gündə 40 milyon kubmetr qaz çıxarılacaq.

Xatırladaq ki, Türkiyə tərəfindən 2020-ci ildə Qara dənizdə aşkarlanan “Sakarya” yatağının ümumi ehtiyatı 710 mlrd. kubmetr təşkil edir.