Pakistanda toqquşmalarda ölənlərin sayı 10-a çatıb, 1750 nəfər xəsarət alıb

Pakistanda sabiq Baş nazir İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı 10-a çatıb, 1750 nəfər xəsarət alıb.

Bu barədə “Xinhua“ ölkənin Səhiyyə və Daxili İşlər nazirliklərindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin hamısı mülki vətəndaşlardır, xəsarət alanların arasında isə həm mülki şəxslər, həmçinin polislər var.

Xatırladaq ki, İmran Xan 9 may tarixində İslamabadda həbs edilib və bunun ardınca tərəfdarları etiraz aksiyalarına başlayıblar. İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus fonddan çirkli pulların yuyulması üçün istifadə edilməsində ittiham olunur.

 

APA