Ömrünü əl-Əqsanı qorumağa həsr etmiş Həsən baba

Qüds şəhərində yerləşəm Məscidül-Əqsa, keçmişdə olduğu kimi, günümüzdə də müdaxilələr və hücumlara məruz qalmaqdadır.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, tarix boyu isə bu müqəddəs məkanı qoruyan hesabsız sayda müsəlmanlar olub. Onlardan biri isə Iğdırdan olan Həsən əl-Əqdərlidir.

Belə ki, türkiyəli jurnalist İlhan Bardakçı 1972-ci ildə əl-Əqsa məscidi ziyarət edir və orada yaşlı bir kişi ilə tanış olur. Həmin şəxs isə həmin ığdırlı baba idi.

Mən 8-ci ağır artilleriya eskadronunun 36-cı batalyonunun 20-ci dəstəsindən olan onbaşı Həsənəm“, – deyə həmin zaman artıq 90 yaşında olan müsəlman baba jurnalistə bildirib.

Komandir Həsən deyibki, hələ 1915-ci ildə Osmanlı qoşunlarının tərkibində Süveyş kanalındakı reyddə iştirak edib və sonda o, 53 nəfərlik dəstənin tərkibində Qüdsdəki əl-Əqsa məscidinin mühafizəsi üçün burada qalır.

O deyib ki, həmin illərdə Osmanlı son və çətin illərini yaşamaqda idi, ordu dağılmaqda idi və onlara başçılıq edən leytenant müsəlman əsgərlərə səslənərək bildirdi: “məni İstanbula çağırırlar, mən isə sizdən xahiş edirəm – burada qalaraq əl-Əqsanı mühafizə edin“.

Beləcə, Həsən və digər əsgərlər Qüdsdə qalır.

1972-ci ildə artıq 65 il idi ki, Həsən əl-Əqsanı qorumağa davam edirdi, onun silahdaşlarının hamısı isə dünyasını dəyişmişdi. Həmin il onun 90 yaşının olmasına baxmayaraq, özünü xidmətdə olan əsgər hesab etməyə davam edirdi.

Həsənlə görüşdən 10 il sonra – 1982-ci ildə jurnalistə teleqram gəlir ki, ömrünü əl-Əqsanın mühafizə və müdafiəsinə həsr edən Həsən baba 100 yaşında gözlərini yumaraq əbədiyyətə qovuşub.

Qeyd edək ki, Iğdır əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil edir.