Pakistanda Beynəlxalq Quran Qariləri müsabiqəsi keçirilir

Noyabrın 24-də, çərşənbə axşamı İslamabadda Pakistanda keçirilən ikinci Beynəlxalq Qurani-Kərim qiraəti müsabiqəsinin açılışı baş tutub.

Üçgünlük beynəlxalq tədbirin onlarla ölkədən gələn qarilər Quran qiraəti üzrə məharətlərini nümayiş etdirirlər.

Qeyd edilib ki, milli Quran müsabiqələri gənc hafizləri və qariləri təşviq etmək məqsədilə keçirilir. Bununla paralel olaraq, Quranın və Həzrəti Məhəmməd Peyğəmbərin (s) sünnəsinin elmi irsinin qorunmasına yönəlmiş rəqəmsal proqramlar həyata keçirilir.

Xatırladaq ki, Pakistanda ilk Beynəlxalq Qurani-Kərim qiraəti müsabiqəsi 2025-ci il noyabrın 24-dən 29-dək 37 ölkədən olan qarilərin iştirakı ilə keçirilib. Həmin il birinci yeri Malayziyadan İman Rizvan bin Məhəmməd Rəhman, ikinci yeri İrandan Ədnan Möminin Həmzə, üçüncü yeri isə Pakistandan olan qari Əbdürrəşid tutub.