İran ABŞ-yə yeni 3 mərhələli təklif göndərdi

İran vasitəçilər üzərindən ABŞ-yə danışıqlar üçün yeni üçmərhələli təklif göndərib.

Bu barədə Al Mayadeen məlumat yayıb.

Məlumata görə, Tehran danışıqları konkret mərhələlər üzrə qurmağı təklif edir və hər növbəti addım yalnız əvvəlki mərhələnin tam icrasından sonra mümkün sayılır.

Birinci mərhələdə İran tam atəşkəsin təmin olunmasını və həm İran, həm də Livana qarşı hərbi əməliyyatların yenidən başlamayacağına dair zəmanətlərin verilməsini tələb edir.

İkinci mərhələdə isə tərəflər Hörmüz boğazı ilə bağlı idarəetmə və administrasiya məsələlərini müzakirə etməlidir.

Üçüncü mərhələ yalnız əvvəlki iki istiqamətdə razılıq əldə olunacağı halda qüvvəyə minir. Bu halda İranın nüvə proqramı danışıqların gündəliyinə daxil ediləcək.