Cümə günü Bakıda və Naxçıvanda ABŞ-İsrail koalisiyasının ailə üzvləriylə birlikdə qətlə yetirdiyi İranın Ali Rəhbəri Seyid Əli Xameneinin 40 mərasimi - anma tədbirləri keçirilib.
Bakıdakı mərasimdə hakimiyyətin həm icraedici, həm də qanunverici orqanlarının səlahiyyətli şəxslərinin iştirakı o deməkdir ki, tədbirin təşkili təşəbbüsü birbaşa Prezident İlham Əliyevin özündən gəlib və bu, Seyid Müctəba Xameneini təbriklə başlayan, humanitar yardımlarla davam etdirilən yumşalma siyasətinin mehriban qonşuluq və dostluq şəraitinin yaradılmasınadək inkişaf etdirilməsinə hesablanmış ciddi siyasi jestlər, müəyyənləşmiş vahid dövlət siyasətidir.
Çox doğru və olduqca təqdirəlayiq addımdır. Bəli, dövlətin silinməz yaddaşı və itməz arxivi olar, tez-tez dəyişən emosiyası yox! Ağıllı dövlət də o yaddaşına, arxivinə söykənərək, soyuqqanlı şəkildə, gücünün sərhədləri çərçivəsində özünə yeni düşmən yox, dost qazandırmağa çalışar!
Bir halda ki, 30 il torpağımızı işğal altında saxlayan, onminlərlə vətəndaşımızı qətlə yetirən, bizə milyardlarla və bərpası mümkün olmayan ziyan vuran Ermənistanla barışır, hətta onlarla ticarətə başlayırıqsa, öz din, məzhəb qardaşımızla, 800 kilometrə yaxın quru sərhədimizin olduğu qonşumuzla, ən çox azərbaycanlının yaşadığı və eyni mədəniyyəti bölüşdüyümüz tarixi vətənimizlə - İranla niyə də münasibətlərimizi yaxşılaşdırmayaq?! Axı bunun həm siyasi, həm də iqtisadi tərəflərindən ən çox qazanan ölkə elə məhz biz olacağıq!
Üstəlik, qətlə yetirilən şəxs bir müsəlman ölkəsinin rəhbəri, İslam dünyasında böyük nüfuza malik din alimi olmaqdan əlavə, həm də Azərbaycanı idarə edən şəxslərlə və bəzi hörmətli ailələrlə qohumluq bağı olan şəxsdirsə, “Qarabağ müsəlman torpağıdır, işğaldan azad edilməlidir” fətvasını verən müctəhiddirsə, ona dövlət səviyyəsində sayğı və ehtiramın göstərilməsi bizə yalnız başucalığı gətirər!
Deməli, iki ölkə arasında yaxınlaşma, xoş atmosferin yaradılması üçün imkanlar və səbəblər ziddiyyət və düşmənçilik yaradan məqamlardan daha çoxdursa, dövlət ağlı məhz yaxınlaşmanı seçər!
Azərbaycanın dövlət ağlı da 1 ay ərzindəki ardıcıl addımlarıyla bu seçimini nümayiş etdirir!
Şəxsən mənim üçünsə Azərbaycan dövlətinin bu addımları, bir tərəfdən, indiyədək ifadə etdiyimiz düşüncələrimizin gerçək dövlət maraqlarını əks etdirdiyinin növbəti təsdiqidirsə, o biri tərəfdən də, bu düşüncələrimizə görə bizi neçə vaxtdır sosial şəbəkələrdə təhqir edən, “xain” adlandıranların sifətinə elə dövlət səviyyəsində tüpürmək deməkdir! Bəzilərinin zərrə qədər şərəfi, ləyaqəti və namusu olsa, Azərbaycan dövlətinin bu mövqeyindən sonra qalxıb bizdən üzr istəyər!
Bəli, Azərbaycan dövləti indi bir daha hər kəsə göstərir ki, o, ABŞ-İsrail koalisiyasının İrana qarşı işğalçı siyasətini dəstəkləmir, bu savaşda cinahını müəyyənləşdirib, görünən və görünməz təzyiqlərə baxmayaraq da, ərazisini ABŞ-İsrail ittifaqının platsdarmına çevirməyəcək!
Eyni siyasəti Azərbaycanın Qarabağ zəfərinin qazanılmasında böyük zəhmət çəkimiş iki müsəlman ölkə - qardaş Türkiyə və Pakistan da həyata keçirir. Hər iki ölkə açıq şəkildə bütün dünyaya nümayiş etdirir ki, onlar bu savaşda ABŞ-İsrail koalisiyasının yox, İranın yanındadılar – Türkiyənin də, Pakistanın da əsas informasiya-təbliğat resursları məhz İranın daxili sabitliyinin qorunmasına səfərbər edilib.
Ancaq çox təəssüf ki, Azərbaycan dövlətinin, eyni zamanda, onun Qarabağ savaşındakı əsas müttəfiqlərinin bu mövqeləri ortada ola-ola, hələ də hakimiyyətin müəyyən qanadlarından dəstək alan və əsasən ictimai-siyasi sektorda - partiya, QHT və media resurslarında, hətta parlamentdə belə, kök atmış bir şəbəkə açıq şəkildə ABŞ-İsrail koalisiyasının təbliğat siyasətinin alətləri, mexanizmləri funksiyasını yerinə yetirməkdə davam edirlər.
İran vurulmağa başladığı andan “İran Qarabağ savaşında Ermənsitana dəstək verib” bəhanəsi və tezisi altında bu şəbəkə də ölkəmiz üzərindən ABŞ-İsrail lehinə bir cəbhənin açılması üçün, eynilə Ukrayna savaşında etdikləri kimi, dəridən-qabıqdan çıxır, hər vasitəylə ictimai rəyi Azərbaycanla İran arasında nifaq toxumu səpməyə, konfliktə, bir-birinə qarşı qəzəb və nifrət yaratmağa yönləndirirlər!
Baxın, eyni adamlardır ki, ABŞ-İsrail koalisiyasının bombardmanı vaxtı onlar da hər gün efirlərdə və sosial şəbəkələrdə İran hakimiyyətini “molla rejimi” adlandırıb ələ salır, İranın müqəddəs yerlərini, nüfuzlu din, elm və siyasət adamlarını təhqir edir, eyni zamanda, İranın daxili işlərinə müdaxilə edərək, ərazi bütövlüyünə xələl gətərən separatizm əhvalını qızışdırmaqla məşğuldurlar! Öz evini, ailəsini idarə edə bilməyən, cəmiyyətdə olduqca mənfi reputasiyalı, genetik natəmiz və qüsurlu bu adamlar İrandakı 40 milyon azərbaycanlıya ağıl öyrədir, yol göstərir, dövlət qurur! Halbuki indiyədək bir dəfə də olsun, o azərbaycanlıların ən ümdə hüququnu – sağ qalmaq, yaşamaq hüququnu əlindən almış sanksiyaların götürülməsinə etiraz etməyiblər!
Belə görünür, dövlətimizin ideoloji işinə cavabdeh sturkturlar ya səriştəsizlikdən, ya bilərəkdən bu şəbəkəni başlı-başına buraxıblar, ya da sadəcə həmin adamlar o qədər harınlayıb və qudurublar ki, özlərini dövlət siyasətinin təbliğinə məsul şəxs və resurslar saydıqları halda, dövlətin müəyyənləşmiş siyasətinə qarşı gəlirlər!
Bizim kənd ağsaqqallarının tez-tez işlətdiyi bir hikmətli cümlə var:“Quduz it ən çox sahibinə zərər vurar”!
Bu quduzlaşmış itlərin tez-tez dəyişən indiki sahibləri kimlərdirsə, onları çəkib mıxlarına bağlasınlar, yoxsa ən çox zərəri elə sahibləri görəcək!
Elxan Şükürlü
“Quduz it ən çox sahibinə zərər vurar”!