Tehranda sionist sinaqoqu dağıdıldı

İran parlamentində yəhudi icmasını təmsil edən Hümayun Sameh Yəhya Nəcəfabadi bildirib ki, Tehranda bir sinaqoq hücum nəticəsində tamamilə dağıdılıb.

Deputat qeyd edib ki, hücumların məhz yəhudi icmasının dini mərasimləri zamanı baş verməsi xüsusi narahatlıq doğurur.

O vurğulayıb ki, hadisə yalnız infrastruktur deyil, dini dəyərlərə də zərbə kimi qiymətləndirilir.

İran mediasının yaydığı məlumatlara görə, paytaxtın mərkəzi ərazilərindən birində yerləşən sinaqoq hücum nəticəsində ciddi zərər görərək tamamilə dağılıb.

Hadisə nəticəsində ibadət məkanının fəaliyyəti dayanıb.

İranda yəhudilik rəsmi olaraq tanınan dinlərdən biridir. Ölkədə yəhudi icması fəaliyyət göstərir və parlamentdə də təmsil olunur.

1979-cu ildən sonra da ölkədə yəhudi icmasının bir hissəsi yaşamını davam etdirib.

Bu hadisə regionda davam edən hərbi və siyasi gərginlik fonunda baş verib. Son dövrlərdə müxtəlif obyektlərə yönələn hücumlar artıb.