Aprelin 6-da Müsəlman Birliyi Hərəkatının (MBH) Avropa Nümayəndəliyi Berlində Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçirib. Aksiya Azərbaycanda təhsil müəssisələrində tətbiq olunan hicab qadağası, hicablı şagirdlərin məktəbə buraxılmaması və onların təhsil hüququndan məhrum edilməsinə etiraz olaraq baş tutub.
Aksiyada çıxış edən MBH Avropa Nümayəndəliyinin üzvü Ələmdar Bünyadov Azərbaycan konstitusiyasında nəzərdə tutulan hicab azadlığının məhdudlaşdırılmasını sərt tənqid edərək, qeyri-rəsmi qadağalara son qoyulmasını tələb edib. O, vurğulayıb ki, hər bir vətəndaşın dini inanclarını ifadə etmək hüququ dövlət tərəfindən qorunmalıdır və heç bir məhdudiyyət bu hüququ aradan qaldıra bilməz.
Ə.Bünyadov əlavə olaraq ölkədə fəaliyyət göstərən insan hüquqları müdafiə təşkilatları və ruhanilərə bu etirazlara dəstək olmaları, dini örtünmə və təhsil hüquqlarını müdafiə etmələrini vurğulayıb.
Daha sonra çıxış edən Yasər Rzayev, Azərbaycanın tarixi boyu milli-mənəvi dəyərlərlə yaşayan xalqın inancına toxunulmasının xəyanət sayıldığını bildirib. O, hökumət tərəfindən həyata keçirilən bu addımların xalqın tarixi və mədəni dəyərlərinə zərər verdiyini və bunun dayandırılmasının vacibliyini qeyd etdi.
Aksiyanın digər iştirakçıları Elşən İsgəndərov, Nəsib Ağayev, Nizami Şahmuradov və başqaları məsələ ilə bağlı öz etirazlarını səsləndirib və bu qadağaların qəbul olunmaz olduğunu bəyan ediblər.
Aksiyanın yekununda çıxış edən Aliq Aslanov, orta məktəblərdə müxtəlif millətlərin adət-ənənələrinə ehtiram olunaraq onlara icazə verildiyi halda, lakin hicablı şagirdlərin məktəbə buraxılmamasının qətiyyən qəbul edilməz olduğuna diqqət çəkib. O, MBH Avropa Nümayəndəliyinin mövqeyini açıqlayaraq, dövlət qurumlarını bu qanunsuz addımlara son qoymağa çağırıb.
Tədbirin sonunda aksiyanın bəyanatı səsləndirilib. Bəyanatda deyilir:
“MBH Avropa Nümayəndəliyi olaraq bir daha bəyan edirik.
* Hicab və digər dini simvollar hər bir fərdin inancından doğan seçimlərdir və dövlət vətəndaşların seçimini məhdudlaşdıra bilməz.
* Təhsil sahəsində dini ayrı-seçkiliyə son qoyulmalıdır və təhsildən uzaqlaşdırılan uşaqlar təhsil müəssisələrinə geri qaytarılmalıdır.
Müsəlman Birliyi Hərəkatı – Avropa Nümayəndəliyi olaraq, bütün maraqlı tərəfləri bu qanunsuz praktikalara son qoymağa, qanunun aliliyini gözləyən vicdanlı şəxslərdən isə bu məsələdə hicablı çagirdlərin hüquqlarının qorunmasına dəstək olmağa çağırırıq.”
Almaniyada Azərbaycan səfirliyi önündə “Hicaba Azadlıq” aksiyası keçirilib