Azərbaycanda tətbiq olunan amnistiya aktı nəticəsində indiyədək 18.203 nəfərə şamil olub. Bu barədə hökumətyönlü media məlumat yayıb.
Məlumata görə, bu şəxslərdən minlərlə insan müxtəlif cəza növlərindən azad edilib və ya cəzaları yüngülləşdirilib.
Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqnın məlumatına əsasən, azadlığa buraxılanlardan cəmi 100 nəfər siyasi məhbus siyahısına daxildir. Azad olunanlardan 96 nəfərin dini inanclarına görə həbs edildiyi, 4 nəfərin isə “İmişli işi” üzrə məhkum olunduğu qeyd edilir.
Buraxılan bu şəxslərin əksəriyyətinin həbs dövrünün bitməsinə gümlər qalması isə Aminstiyanın tətbiq çərçivəsini müəyyən edir. Gözləntidə olan simaların heç biri bu siyahıda yer almadı.
Siyahılarda uyğunsuzluqlar var
Hüquq müdafiəçisi Arif Yunus bildirib ki, əlavə olaraq azad edilən 22 dindarın adı onların siyahısında yer almayıb.
Onun sözlərinə görə, bu vəziyyət regionlarda baş verən həbslərlə bağlı məlumatların gec və qeyri-sistemli daxil olması ilə əlaqədardır.
Arif Yunus qeyd edib ki, amnistiya əsasən cəza müddətinin başa çatmasına az qalmış məhkumlara şamil olunub. Bəzi şəxslərin isə onsuz da yaxın vaxtlarda azadlığa çıxacağı bildirilir.
Hüquq müdafiəçisi bəzi azad edilən dindarların yenidən saxlanıldığını da iddia edib. Onun sözlərinə görə, xüsusilə regionlarda bu cür hallarla bağlı məlumatlar hələ tam toplanmayıb.
Rəsmi məlumatlara əsasən:
5.310 nəfər həbs cəzasından azad olunub
10.226 nəfər digər cəzalardan azad edilib
2.648 nəfərin cəza müddəti 6 ay azaldılıb
19 nəfər cinayət məsuliyyətindən azad olunub
“Azərbaycan Siyasi Məhbuslara Azadlıq” Birliyinin yanvar ayına olan siyahısına görə, ölkədə 340 siyasi məhbus var.
Amnistiya qərarı
Amnistiya təşəbbüsü İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülüb.
Milli Məclis layihəni 19 dekabr tarixində qəbul edib və sənədin icrasına 22 dekabrdan başlanılıb.
Yekunlaşan Amnistiya aktında siyasi məhbusların məhdud sayı yer aldı