Gürcüstanın Marneulidən olan müsəlman icmasının dini rəhbərləri bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn olunduğu Sioni kilsəsini ziyarət ediblər.
Onlar burada Katolikos-Patriarx II İliyanın məzarı üstünə əkil qoyub, dualar ediblər. Müsəlman icmasının dini liderlərini burada Patriarxın vəliəhdi, mitropolit Şio Mujiri qəbul edib.
Görüş zamanı Patriarx II İliyanın vəfatı ilə əlaqədar olaraq mitropolit Şio Mujiriyə və gürcü xristian icmasına başsağlığı veriblər və bu itkidən dərin kədər hissi keçirdiklərini bildiriblər.
Öz növbəsində, Şio Mujiri müsəlman icmasına ziyarətləri və bildirdikləri təsəlli sözlərinə görə təşəkkürünü ifadə edib.
Buradakı görüşdən sonra Aktual.ge xəbər portalına danışan Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Jagmaidze göstərilən həmrəyliyə görə təşəkkürünü bildirib.
Gürcüstan azərbaycanlılarının həm Novruz, həm də Ramazan bayramı şənliklərini Patriarx II İliyanın vəfatı ilə əlaqədar ləğv etməsini də yüksək qiymətləndirən Andria Jagmaidze bu addımı qardaşlıq nümunəsi adlandırıb və bunun unudulmamalı olduğunu vurğulayıb.
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtəq Əsədov müsəlman icması adından başsağlığı vermək üçün Sioni kilsəsində olduqlarını bildirib.
Marneuli Mərkəzi İmam Əli Məscidinin axundu Hacı Hacıyev isə Patriarxın vəfatının ölkə üçün ağır və təəssüf doğuran bir hal olduğunu qeyd edib.
Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Hacı Fariz Rəcəbov Patriarx II İliyanın vəfatı bütün xristiyan aləmi və Qafqaz üçün böyük itkidir deyib.
Qızılhacılı İmam Həsən Məscidinin axundu Fuad İsayev isə burada gürcü xristiyan icmasına həmrəylik göstərmək olduğunu ifadə edib.
İmam Hüseyn Məscidnin axundu Kamil Muradov Patriarx II İliyanın böyük və daima sülhün uğrunda çalışdığını ifadə edib.
Marneuli dini rəhbərləri mərhum Patriarxı II İliyanı yad edib və mitropolit Şioya baş sağlığı veriblər