Misirdən Qəzzaya humanitar yardımlar daxil olmağa başladı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Misirdən Qəzzaya humanitar yardımlar daxil olmağa başlayıb.
”Həmas”a tabe olan media ofisindən verilən bəyanatda qeyd olunub ki, BMT-nin Yaşın Şərq Agentliyi humanitar yardımların Misirdən Qəzzaya daxil olmağa başladığını bildirib.
Qəzzada humanitar böhranın yaşandığı vurğulanan bəyanatda  bölgədə yaşayan insanların ehtiyaclarının humanitar yardımla ödəniləcəyi vurğulanıb.
Bəyanatda sərhəd-keçid məntəqəsinin humanitar yardım üçün nə qədər açıq qalacağı ilə bağlı məlumat verilməyib.