Minlərlə insan İspaniya hökumətinə qarşı etiraz eksiyası keçirib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, şənbə günü minlərlə insan Madridin mərkəzinə axın edərək, sosialist hökumətə qarşı etiraz edib və onu konstitusiyaya xələl gətirməkdə ittiham edib. Etiraz aksiyasını sağçı partiyalar dəstəkləyib.

Şəhər meriyasının qarşısındakı Plaza de Cibeles meydanına toplaşan etirazçılar İspaniya bayraqlarını dalğalandırıb, baş nazir Pedro Sançesi istefaya çağırıb və onu “satqın” adlandırıblar.

100-dən çox qrup, o cümlədən mühafizəkar müxalif Xalq Partiyası, mərkəz-sağçı Vətəndaşlar və ultra-sağçı Vox partiyası “İspaniya, demokratiya və konstitusiya naminə” şüarı altında yürüşün keçirilməsinə çağırıb.

Aksiyada çıxış edənlər Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparanların azad edilməsindən tutmuş regional separatçı partiyalarla bağladığı müqavilələrə qədər bir sıra siyasət və qərarlara görə hökuməti tənqid edib. Yerli hökumətin hesablamalarına görə, aksiyada təxminən 30,000 adam iştirak edib.

Aksiyada iştirak edən yeganə partiya rəhbəri, Vox-un lideri Santiaqo Abaskal COVID-19 qapanmalarına istinad edərək, deyib ki, hökumət, “ispanları evlərinə qapadaraq konstitusiyanı tapdalayıb.”

Təxminən 200 km uzaqda şimal-qərb Valladolid şəhərində Sançez sosialistlərin etiraz aksiyasında deyib ki, Madriddəki etirazçılar “vahid” və buna görə də “ayrı-seçkilik edən” İspaniyanı müdafiə edirlər.

Sançezin hökuməti 2021-ci ilində “dialoq naminə” Kataloniyanın 2017-ci ildə uğursuz müstəqillik təşəbbüsünün həbsdə olan doqquz əfv edib. Hökumətin bu yaxınlarda iğtişaş cinayətini daha kiçik cinayətlə əvəz etməsi sağçıların etirazlarına səbəb olub. əleyhinə çıxdı.