Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürüb

Türkiyənin “Məmləkət” partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən verdiyi xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb.

“Namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm”, - o vurğulayıb.

Xatırladaq ki, Məhərrəm İncəyə aid olması iddia edilən qeyri-etik videolar, eyni zamanda, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar yayılmışdı. Siyasətçi bütün bunların FETÖ tərəfindən provokasiya olduğunu bildirərək, dövləti bu məsələlər ilə bağlı lazımi araşdırmalar aparmağa çağırıb.