"Mançester Yunayted"in 700 milyon avroluq təklifini rədd etdi

Fransa çempionu PSJ-nin 25 yaşlı fransız hücumçusu Kilian Mbappe İngiltərə "Mançester Yunayted"indən təklif alıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, "Mançester Yunayted" Mbappeyə ümumi maaşı yarım milyard avro olan 5 illik müqavilə, həmçinin azad agent kimi yayda pulsuz transfer üçün 200 milyon avro birdəfəlik bonus təklif edib.

Qeyri-rəsmi məlumatlara görə, Mbappe iyulun 1-də qoşulacağı "Real Madrid"lə artıq müqavilə imzalayıb.