İnanclı MBH üzvü Mahir Əzimov cəzaçəkmə müəsisəsinə köçürülüb. Bu barədə məlumatı onu yaxınları bildirib. Əzimov təcridxanadan 17-saylı cəzaçəkmə müəsisəsinə köçürülüb. Xatırladaq ki, Mahir Əzimov ötən ilin iyulunda Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə) maddəsiylə ittiham irəli sürülmüşdü.
Saxlanılan zaman ona bildirilmişdi ki, ya Müsəlman Birliyi Hərəkatından tamam uzaqlaşmalı, ya da narkotik ittihamını qəbul edib həbs olunmalıdır. Əzimovun dediyinə görə bir çox etirazlardan sonra o, MBH-dən heç zaman ayrılmayacağını bildiribmiş. Bundan sonra o, külli miqdarda narkotik maddələrdən istifadə, satma maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyunun 7-də bitən məhkəmə bütün bu saxta ittihamları əsaslı sayaraq Mahir Əzimovu 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Mahir Əzimov 17-saylı müəsisəyə köçürülüb