Əlizamin Salayevin komaya düşməsi ehtimal olunur

Həbsdə olan AXCP Salyan Rayon şöbəsinin sədri Zamin Salayev Pentensiar Xidmətin Müalicə müəssəsinə köçürülüb. Bu gün vəkil Fəxrəddin Mehdiyev onunla görüşmək istəyib, lakin görüşə şərait yaradılmayıb. Müalicə müəssisəsindən bildirilib ki, şənbə və bazar günləri dustaqlara görüş verilmir .
Xatırladaq ki, Zamin Salayev həbsinə etiraz edərək 96 gündür aclıq edir. Dünən onun müalicə müəssəsinə keçirilməsindən sonra komaya düşməsi barədə xəbərlər də yayılıb. Vəkillə görüşə imkan verilməməsi bu məlumatın doğru olması ehtimalını artırır.
 
Azadlıq Qəzeti