KİV: İraqın şimalına hava hücumu olub, ölənlər var

İraqın şimalında baş vermiş hava hücumu nəticəsində bir neçə nəfər həlak olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın “Shafaq News” portalı ölkənin güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hava hücumu zamanı ölkənin şimalında yerləşən Neynəva əyalətinin Sincar rayonunda bir avtomobilə zərbə endirilib və nəticədə bir neçə nəfər həlak olub, ölənlərin dəqiq sayı hələlik məlum deyil.

Həmçinin əlavə olunub ki, PUA zərbəsi nəticəsində PKK terror təşkilatının rəhbərlərindən biri məhv edilib.