İsveçdə Fələstinə dəstək nümayişi keçirilib

İsveçin paytaxtı Stokholmda Fələstinlə həmrəylik məqsədilə təşkil edilən nümayişdə etirazçılar İsrail rejimi səfirliyinə doğru yürüş ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrailin mühasirəsinə və Qəzzaya hücumlarına etiraz etmək istəyən onlarla fələstinli nümayişçi soyuq havaya baxmayaraq Stokholmdakı Odenplan bölgəsində bir araya gəlib.

Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə toplaşan nümayişçilər İsrailin Qəzzaya hücumlarının müharibə cinayəti kimi qiymətləndirilməsini tələb ediblər.
Qəzzaya hücumları dərhal dayandırmağa çağıran nümayişçilər “Azad Fələstinə, azad Qəzzaya”, “Soyqırımı dayandır” və “İsraili boykot et” yazılı plakatlar qaldırıblar.

“Qəzzada uşaqlar öldürülür”, “Fələstinə azadlıq” kimi şüarlar səsləndirən nümayişçilər daha sonra İsrail rejimi səfirliyinin qarşısına keçiblər.
İsveç və ABŞ-ın İsrailə verdiyi dəstəyə reaksiya verən nümayişçilər iki ölkənin İsrailin törətdiyi hərbi cinayətlərdə şərik olduğunu müdafiə ediblər.