İstanbulda İŞİD-in yüksək vəzifəli şəxsi həbs edilib

İstanbulda keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatında yüksək vəzifə tutan şəxs həbs edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) verdiyi məlumat əsasında əməliyyat keçirən İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin qrupları tərəfindən kod adı "Əbu Hüzeyfə" olan şübhəli şəxs saxlanılıb və həbs edilib.