İsrailli girovların ailələri Netanyahunun danışmasına imkan vermədilər

İsrailli girov ailələri baş nazir Binyamin Netanyahuya növbəti dəfə reaksiya verib.

Etirazçılar Netanyahunun oktyabrın 7-də HƏMAS-ın təşkil etdiyi Əl-Əqsa tufanı əməliyyatında həyatını itirənlər üçün keçirilən mərasimdə çıxışına mane olublar.

Qüdsdə etirazçılar Netanyahunun sözünü kəsərək “Ayıb olsun!” qışqıraraq şüarlar səsləndiriblər.

İsrailin baş naziri şüarlar zamanı qısa fasilədən sonra çıxışına davam edib.

Bir çox israilli Netanyahunu 2023-cü il oktyabrın 7-də HƏMAS-ın əməliyyatına səbəb olan uğursuzluqlara və Qəzzada HƏMAS tərəfindən saxlanılan qalan girovların hələ də evə gətirilməməsinə görə məsuliyyət daşıdığını düşünür.