İsraildə etiraz aksiyasında 200 mindən çox insan iştirak edib

İsrail müxalifəti Knessetin (parlament) yay sessiyasının başlaması ərəfəsində məhkəmə islahatlarına qarşı növbəti kütləvi nümayiş keçirib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu bardədə yerli media məlumat yayıb.

Ən böyük aksiya ənənəvi olaraq Təl-Əvivdə dövlət müəssisələri kompleksi yaxınlığında keçirilib

İsrailin 13 telekanalının hesablamalarına əsasən, Təl-Əviv mitinqində 209 minə yaxın insan iştirak edib. On minlərlə insanı bir araya gətirən aksiyalar Hayfa, Kfar-Sava və Netanyada keçirilib. Daha kiçik nümayişlər İsrailin onlarla başqa şəhərində keçirilib.