İsrail yenidən atəşkəsi pozdu; Hizbullah komandirlərindən biri şəhid oldu

Livanın NNA xəbər agentliyi ölkənin cənub-şərqindəki Nabatiyə bölgəsindəki Karkua şəhəri yaxınlığında bir avtomobilə İHA hücumunun həyata keçirildiyini bildirib.

Livan mətbuatı İsrailin Karkua şəhəri yaxınlığındakı İklim Tuffah bölgəsinə etdiyi soyqırım hücumunda 3 nəfərin şəhid olduğunu, 5 nəfərin yaralandığını bildirib.

İsrail ordusundan verilən açıqlamada Livanın cənubundakı Hizbullah hava birliyi və liderinin hədəf alındığı iddia edilib.

Yerli mənbələrdən alınan məlumata görə bildirilib ki, Hizbullahın Hərbi Hava Qüvvələri komandiri Abbas Əhməd Həmud İsrail hava qüvvələrinin avtomobilinə endirdiyi zərbə nəticəsində şəhid olub.

Xatıeladaq ki, Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Bu atəşkəs çərçivəsində İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu məntəqələrdən geri çəkilməsi tələb olunurdu. Lakin soyqırımçı İsrail Livan ordusunun ölkənin cənubunda “tam qurulmadığını” iddia edərək, işğal müddətini fevralın 18-dək uzadıb.