İslam İnkişaf Bankının illik toplantısı öz işinə başlayıb

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam İnkişaf Bankının illik toplantısı işə başlayıb.

 Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə İslam İnkişaf Bankının illik toplantısı işə başlayıb. Açılış formatda keçən dünənki iclasın davamı olaraq bu gün keçiriləcək. İclasda İİB-ə üzv ölkələrin nazirləri, İslam maliyyə institutlarının nümayəndələri, özəl sektorun rəhbərləri və ekspertlər gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

İclasda İranın iqtisadiyyat naziri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanın maliyyə nazirləri, həmçinin İslam İnkişaf Bankının prezidenti ilə görüşəcək.