İrandan Almaniyanın müdaxiləsinə sərt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Almaniya hökumətinin müdaxiləçi rəftarına reaksiya verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Almaniya hökumətinin İranın Tonda terror təşkilatının lideri Cemşid Şarməhdin məhkəmə qərarı ilə bağlı müdaxiləçi rəftarına reaksiya verib.

Kənani deyib:

"Bu cür rəftarlar yalnız ədalətə mane olmaq cəhdi deyil, həm də terroru təşviq edən və yayan bir davranışdır. Almaniyadan terrora dəstəyi dayandırmasını gözləyirik.

Uşaqları qətlə yetirən terrorçulara qarşı ədalətin qarşısını almağa çalışmaq insan haqlarının pozulmasının ən mühüm nümunələrindən biridir və insan haqlarını pozanlar insan haqlarında söz sahibi ola bilməzlər".

Qeyd edək ki, 2022-ci ilin fevralında İran kəşfiyyatı əməliyyat nəticəsində İranda silahlı hücumlara və təxribat aksiyalarına rəhbərlik edən Tondar terror təşkilatının lideri Cəmşid Şarmahdı ələ keçirib.

2008-ci ildə Şarmahd Şirazdakı Seyid əl-Şühəda Hüseyniyyəsində törədilən partlayış terror aktını hazırlayıb və idarə edib. 

Xatırladaq ki, yas mərasimində törədilən terror aktında 14 nəfər həyatını itirmiş, 215 nəfər yaralanmışdı.