Həlak olan hərbçilərin ailələri etiraz etdi

Dekabrın 26-da qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların yaxınları Prezident Administrasiyasının önündə aksiya keçirməyə cəhd edib. Polis yolu bağlayaraq etirazçıları administrasiyanın önünə getməyə qoymayıb.

Etirazçılar övladlarına şəhid statusunun verilməsini tələb ediblər. Həmçinin aparılan istintaqların ədalətli araşdırılmadığını vurğulayıblar. 

Etirazçılar PA-nın qəbul şöbəsinə göndərilib. Orada isə onları qəbul edən olmayıb.

Qeyri-rəsmi mənbələrə görə bu il 30-a yaxın hərbi qulluqçu qeyri-döyüş şəraitində həlak olub.

Prezident Administrasiyasından isə məsələ ilə bağlı cavab almaq mümkün olmayıb.

 

Toplum TV