Həbsdə olan inanclıların ailə üzvləri etiraz aksiyası keçirib

Mayın 26-da həbsdə olan inaclı fəalların bir qrup ailə üzvü Azərbaycan Prezident Admistrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları həbsdə olan yaxınlarının fotolarını qaldıraraq onların günahsız həbs olumalarına öz etirazını bildiriblər. Bir neçə yüzü ötən inanclıların narkorik ittihamı ilə saxlanılmasını məntiqsiz ittiham adlandıran ailə üzvüləri, inanclılara narkotik ittihamını qəbul etdirmək üçün onlara polis idarələrində ağlasığmaz işgəncələr verildiyini söyləyiblər. “Saxlanılanlar narkotik ittihamı ilə şübhəli şəxs qismində ittiham olunduqları halda hakimiyyətə yaxın media onları “İran cəsusu” olaraq tirajlamağa davam edir. Məhkəmə qəərarı olmadan istənilən şəxsin cinayətkar kimi təqdimatı onun təqsizsizlik hüququnun polzulmasıdır” deyə aksiya iştirakçıları bildirib.

Polis aksiyaya müdaxilə etməyib. Lakin aksiya iştirakçılarına etirazlarını bildirmək üçün Prezident Administrasiyasının qəbul şöbəsinə müraciət etmələrini məsləhət görüb. Daha sonra aksiya iştirakçıları avtobusa mindirilərək Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırılıb.

Xatırladaq ki, son aylarda Azərbaycanda İranla məxfi əməkdaşlıqda günahlandırılan çoxsaylı inanclı insan həbs edilib. Onların əksəriyyətinə sonradan narkotik ittihamı verilib.