Göygöldə selin apardığı 2 nəfərin meyiti tapıldı

İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həyatını itirib, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir araşdırmalar davam etdirilir. Dünyasını dəyişən şəxslər 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovdur. "Unikal" xəbər verir ki, hər iki nəfərin meyiti müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.