Formula 1 yarışlarına Azərbaycan ən çox pul ödəyən ölkə olub

"Azərbaycan Formula 1 yarışına ev sahibliyi etmək üçün maksimum məbləğ - 57 milyon ABŞ dollar ödəyərək 23 ölkə arasında 1-ci olub.
2023-cü ildə Formula 1 oyunlarına ev sahibliyi etmək üçün 1 ölkə orta hesabla 37 milyon dollar haqq ödədiyi halda Azərbaycan 23 ölkə arasında maksimum məbləğ 57 milyon dollar ödəyib. Azərbaycandan sonra bu yarışa ev sahibliyi etmək üçün ən çox - 55 milyon ABŞ dolları ödəyən Səudiyyə Ərəbistanı və Qətərdir. Varlığa nə darlıq, müharibə veteranlarına 4 ildir ki, ayda 80 manat ödəyən hakimiyyət xalqın sahibi çıxmadığı neft-qaz gəlirlərini ələ keçirib, zənginləşdikdən sonra ən yüksək məbləği də ödəyərək, xalqa Formula zilləti verməklə məşğuldur. Yeməyənin payını belə yeyərlər".
 
Qubad İbadoğlu