Financial Times: Əsəd ərəb ölkələrinə güzəştə getməkdən imtina edir

 Britaniya qəzeti yazıb ki, Suriya prezidenti Dəməşqin Ərəb Liqasına qayıtması müqabilində ərəb ölkələrinə ediləcək hər hansı güzəştdən imtina edib.

İngiltərənin "Financial Times" qəzeti bazar ertəsi yazıb ki, Suriya prezidenti Bəşər Əsəd Suriyanın Ərəb Liqasına qayıtması müqabilində ərəb ölkələrinin xarici işlər nazirlərinə hər hansı güzəştə getməkdən imtina edib. Qəzeti yazıb: “Küveyt və Qətər Suriya ilə hər hansı kompromisə qarşı olsa da, Səudiyyə Ərəbistanı, İordaniya, İraq və Misir kimi bəzi ərəb ölkələri Dəməşqlə danışıqlara hazır olduqlarını bildiriblər.”

Səudiyyə rəsmisi Financial Times qəzetinə deyib: “Mən İranla münasibətləri yaxşılaşdırmadan Dəməşqlə əlaqə saxlaya biləcəyimizi düşünmürəm. Suriya ilə dialoq kanalının yaradılması bu ölkə ilə bağlı bütün problemlərin həll olunduğu anlamına gəlmir, lakin bu kanal olmadan biz Dəməşqlə istədiyimizi müzakirə edə bilmərik”.

Aprelin 14-də Ciddədə 9 ölkənin nümayəndə və rəsmilərinin iştirakı ilə Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı ərəb ölkələrinin məsləhətləşmə toplantısı keçirilib və yekun bəyanatdan sonra başa çatıb. İclasdan sonra 15 aprel şənbə günü yayımlanan birgə bəyanatda deyilir: "İordaniya, Misir və İraq Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri ilə birlikdə Suriyanın ərazi bütövlüyünü vurğulayır və Suriyanın Ərəb Liqasına qaytarılmasını tələb edir."

Bu bəyanatın dərcindən bir həftə sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Ferhan 12 ildən sonra Suriyanın paytaxtı Dəməşqə gedib və Suriya prezidenti Bəşər Əsəd və digər Suriya rəsmiləri ilə görüşüb. Səudiyyə Ərəbistanının xarici işlər naziri Əsədlə görüşündə Ər-Riyadın Suriyanın ərazi bütövlüyü, ərəb kimliyi və təhlükəsizliyinin qorunmasını və bu ölkənin böhranının siyasi həll yolu ilə həllini vurğuladığını bildirib.