Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Operativtv.com Reporta istinadən məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyevin ilk görüşləri 1/32 final mərhələsinə təsadüf edəcək.

Mehdiyev bu raundda kamerunlu Kevin Budayinlə, Fətiyev isə rumıniyalı Aleks Kretlə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.