Dəməşq: İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmalıdır

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri böyük dövlətlərin ölkələrə qarşı terror silahlarından istifadəsini pisləyib və vurğulayıb ki, İsrail regionda etimadsızlığın səbəbi kimi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmalıdır.

Suriyanın xarici işlər naziri Feysəl Miqdat çərşənbə axşamı Cenevrədə tərksilah üzrə konfransda video çıxışında bu sözləri deyib: “Suriya ədalətsiz müharibə ilə üzləşdi və o zaman böyük dövlətlər xalqımıza qarşı terror silahından istifadə etdilər.

Həmin ölkələr on minlərlə əcnəbi terrorçunu müharibəyə cəlb edərək hücum planlarına xidmət etmək üçün onlara müxtəlif növ dəstək və silahlar, o cümlədən beynəlxalq səviyyədə qadağan olunmuş maddələrlə təmin etdilər. İsrailin işğalı regional sülh və beynəlxalq təhlükəsizliyə daimi və ciddi təhdiddir. Məlum ölkələrin dəstəyi ilə işğalçılar Suriya və Fələstin ərazilərinə dəfələrlə hücumlarını davam etdirir və hər növ kütləvi qırğın silahları arsenalını hazırlayır və genişləndirirlər.

Suriya işğalçı rejim və onun havadarlarının Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılmasına mane olduğunu vurğulayır. Birləşmiş Millətlər Təşkilatından gözlənilən İsraili Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa məcbur etmək və bütün nüvə obyektlərini Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində gələcək nəsilləri müharibə bəlasından qorumaq prinsipi Qərb dövlətləri öz öhdəliklərindən əl çəkərək öz güclərini və hegemonluqlarını tətbiq etməyə, münaqişələri qızışdırmağa cəhd etdikdə itirildi.

Böyük dövlətlərin siyasəti İŞİD və Nusra Cəbhəsi kimi terror təşkilatlarının kimyəvi silahlar əldə etməsinə və Suriya xalqına qarşı dəfələrlə istifadə etməsinə səbəb olub. Kimyəvi terror aktlarına qarşı beynəlxalq səyləri əlaqələndirmək üçün mexanizm yaratmaq üçün indi siyasiləşmədən və dezinformasiyadan uzaq birgə fəaliyyətə ehtiyacımız var”.

Feysəl Miqdatın bu videokonfransda iştirakından bir saat əvvəl Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban Moskvada keçirilən Valday Beynəlxalq Dialoq Forumunun 12-ci Yaxın Şərq Konfransında aşağıdakı açıqlamaları verdi: Vaşinqton və NATO Ukraynadakı hadisələrə görə regional ittifaqlar yaradır. Qərb tabe ünsürləri seçir və dəstəkləyir ki, bunlar Qərbin tapşırığını öz üzərinə götürənlər və mövcud dünya nizamını dəyişdirmək üçün terrorçulardan istifadə edənlər və ölkələri öz iradələrinə uyğun hərəkət etməyə məcbur edənlərdir”.

Dəməşq hökumətinin rəsmiləri beynəlxalq dairələrdə İsrail rejimin törətdiyi cinayətlər və qətllər barədə öz tənqid və şikayətlərini təkrarlayırlar. Son iki həftədə suriyalılar zəlzələdən zərər görsələr də, işğalçı qüvvələr bu ölkənin bəzi hissələrinə hava zərbələrini təkrarlayıb. Suriyanın xarici işlər naziri bu hücumlardan sonra bu ölkədəki səfirlər və diplomatik nümayəndə heyətlərinin başçıları ilə görüşündə müvəqqəti sionist rejimin Suriyaya hücumlarının dərhal pislənilməli olduğunu vurğulayıb.

Suriyanın rəsmi xəbər agentliyi son bir neçə gündə sionistlərin Dəməşq və ətrafına həyata keçirdikləri raket hücumu nəticəsində 20 nəfərin həyatını itirdiyini və yaralandığını və bu hücumların xüsusilə də bundan sonra zəlzələ fəlakəti baş verdiyi üçün bunun insanlığa qarşı cinayət olduğunu açıqlayıb.