26 November 2026
Pakistanda Beynəlxalq Quran Qariləri müsabiqəsi keçirilir
Noyabrın 24-də, çərşənbə axşamı İslamabadda Pakistanda keçirilən ikinci Beynəlxalq Qurani-Kərim qiraəti müsabiqəsinin açılışı baş tutub.
Üçgünlük beynəlxalq tədbirin onlarla ölkədən gələn qarilər Quran qiraəti üzrə məharətlərini nümayiş etdirirlər.
Səudiyyə Ərəbistanı qüvvələri Ədəndən çəkilməyə başlayır
Səna qüvvələrinin Lahicdə sürətlə irəliləməsindən sonra Səudiyyə Ərəbistanı əvvəllər Bab əl-Məndəbin cənubundan çıxardığı 22-ci Briqadanı Ədəndən Hadramuta köçürmək qərarına gəlib; Səudiyyə zabitləri də şəhəri tərk edərək Mukallaya köçüblər.
Səudiyyə rejimi hərbi hissələrini, silahlarını və texnikasını Ədəndən Hadramut əyalətinin paytaxtı Mukallaya köçürməyə başlayıb.
Əli Kərimli beş aylıq fasilədən sonra ailəsi ilə görüşüb
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli beş aylıq fasilədən sonra noyabrın 25-də ailəsi ilə görüşüb.
AXCP-dən bildirilib ki, iyun ayından etibarən partiya sədrinin saxlanma şəraiti ağırlaşdırılıb, ailəsi ilə görüşünə və telefon danışıqlarına qadağa qoyulub. Noyabrın 23-də isə onun ailəsi ilə telefonla danışmasına imkan yaradıldığı açıqlanıb.
Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib
Noyabrın 26-da da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas və hökumət tənqidçisi Namizəd Səfərovun cinayət işi üzrə sonuncu iclas keçirilib.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən prosesdə prokuror onun 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Nardaran hadisənin növbəti ildönümünü kənd daha 27 sakinin həbsi ilə qarşılayır
2015-ci il 26 noyabr Nardaranda baş verən hadisə 11 ili geridə qoydu. Bu gün bir çox məqamlara aydınlıq gətirilən o qanlı hadisə özündən sonra acılı xatırələri, ağrılı hadisələri iz olaraq buraxdı. Bunlardan ən acısı bu gün də inancı səbəbindən Nardarana qarşı təqib və təzyiqlərin davam etməsidir.
2026-cı ildə “Mübariz” medalı iki MBH üzvünə təqdim edilib
Müsəlman Birliyi Hərəkatına aid fəxri “Mübariz” medalı bu il hərəkatın iki fəal üzvünə təqdim edilib. Bunlar Alim Yusifov və Samir Babayevdır. Bu barədə hərəkatın idarə heyəti məlumat yayıb. Medal həbsdə olan hər iki inanclının illərdir gösrətdiyi təmənnasız xidməti, xüsusi olaraq mübarizəsində mətanətli iradəsini dəyərləndirilərək verilib.
“Abzas Media” beynəlxalq “İfadə Azadlığı Mükafatı”nın qalibi olub
Altı əməkdaşı həbsdə olan, fəaliyyətini mühacirətdə davam etdirən “Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il “İfadə Azadlığı Mükafatı”nın (Freedom of Expression Awards) jurnalistika kateqoriyası üzrə qalibi seçilib.
“Index on Censorship” “Abzas Media”nın əməkdaşlarının həbsinə baxmayaraq, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdırmaqda, müstəqil jurnalist fəaliyyətini davam etdirməkdə olduğunu vurğulayıb.
Azər Süleymanovdan Mübariz Əhmədoğluna sərt mesaj: “Ağlını başına topla və üzr istə!”
Gürcüstan Parlamentinin sabiq deputatı Azər Süleymanov Azərbaycandan olan politoloq Mübariz Əhmədov Gürcüstan azərbaycanlıları ünvanına səsləndirdiyi fikirlərə sərt mmünasibət bildirib və onu üzr istəməyə çağırıb.
Bununla bağlı Azər Süleymanov sosial şəbəkə hesabında yazıb.
O edib ki, Gürcüstan Parlamentində dörd çağırış Borçalı azərbaycanlılarını təmsil etmiş millət vəkili kimi soydaşlarımız adından üzr tələb etməyə tam haqqı var.
NARDARAN: Niyə Nardaran, niyə Tale Bağırzadə? — Sənədli film | 2-ci hissə - VİDEO
Amerikalı milyarder “Lukoyl” ilə sövdələşməyə dair razılığa gəlib
Amerikalı milyarder Todd Boeli ABŞ-nin sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin alınmasına dair saziş imzalayıb. Bu barədə o, çərşənbə günü, noyabrın 25-də “Reuters” agentliyinə məlumat verib. Alıcılar konsorsiumuna ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) da daxildir.
Çempionlar Liqası: “Fənərbağça” “Şaxtyor”a qalib gəldi, “Bavariya” uduzdu
UEFA Çempionlar Liqasının liqa mərhələsində V tura yekun vurulub.
Turun ikinci oyun günündə də 9 matç baş tutub.
Türkiyənin “Fənərbağça” klubu Böyük Britaniyanın paytaxtı Londonda Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu Vedat Muriqi vurub.
21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) – 1:4
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
Suriyanın şimal-şərqində yerləşən Həsəkə əyalətində İŞİD terror təşkilatının törətdiyi iki hücum nəticəsində ölkənin daxili təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub, daha beş nəfər yaralanıb.
“Syria TV” telekanalının məlumatına görə, bu barədə Suriyanın daxili təhlükəsizlik qüvvələri açıqlama yayıb.
Bildirilib ki, terror hücumlarında İŞİD-in dörd silahlısı iştirak edib.
Azərbaycanda hərbçilər qrupu 1,4 milyon manatlıq yanacaq mənimsəməsində ittiham edilir
Azərbaycanda aralarında kapitan və mayor rütbəli hərbi qulluqçuların da olduğu 15 nəfərlik qrup 1,4 milyon manatlıq yanacaq mənimsəməkdə ittiham edilir.
“Qafqazinfo” yazır ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.













