Rusiya ordusu gecə Ukraynaya iki "İsgəndər"lə zərbə endirib, ölənlər var
Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki "İsgəndər-M" ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.
Ukrayna mediasının verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir.
Məlumata görə, iki "İsgəndər-M" ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.













